Molekulun əmələ gəlməsini və quruluşunu, kimyəvi rabitənin təbiətini və s. daha dəqiq izah etmək məqsədilə amerikan alimi Polinqin təklifi üzrə elmə hibrid anlayışı daxil edilmişdir. Hibrid anlayışının əsasını atomun birləşmə tərkibindəki vəziyyətində ayrı-ayrı ilkin orbitalların müəyyən prinsiplər üzrə hibridləşməsi (ümumiləşməsi) təşkil edir.
    Atomda ayrı-ayrı valent yarımsəviyyələrin (kimyəvi əlaqədə iştirak edən yarımsəviyyə) "qarışması" və nəticədə ümumi bir energetik səviyyə yaratması hadisəsi hibridləşmə adlanır. Bu prosesdə "əmələ gələn" orbitallara hibrid orbitallar, elektronlara isə hibrid elektronlar adı verilmişdir.
    Əgər hibridləşmədə bir ədəd s-orbital və üç ədəd p-orbital iştirak edibsə hibridləşmə forması sp3, bir ədəd s-orbital və iki ədəd p-orbital iştirak edibsə hibridləşmə forması sp2 kimi göstərilir. Hibridləşmə nəticəsində baş verən dəyişiklikləri ifadə etmək üçün bəzən sp3, sp2, sp əvəzinə müvafiq olaraq, q4, q3, q2 şərti işarələrindən istifadə olunur.
    Hibridləşmədə s və p -orbitalları ilə yanaşı d-orbitallar da iştirak edir.
    Hibridləşmə prosesi müəyyən enerji sərfi ilə əlaqədar olduğundan, o, orbitalların energetik xarakteristikasının müəyyən yaxınlığı şəraitində baş verir. Bununla əlaqədar olaraq, müxtəlif orbitalların hibridləşməsi bir qayda olaraq, onların arasında enerji fərqinin az olduğu hallarda baş verir.
    Atomda energetik səviyyələrin sayı artdıqca, onların arasındakı energetik fərq tədricən azalır, odur ki, d-orbitalların iştirakı ilə hibridləşmə əsasən ağır elementlərdə müşahidə olunur.
    Hibridləşmədə adətən daxili d-orbitallar, bəzən isə xarici d-orbitallar iştirak edir.
    Hibrid orbitallar daha effektiv qapanır. Buna görə də, onların arasında əmələ gələn kimyəvi əlaqələr s- və ya p- orbitalların əmələ gətirdiyi kimyəvi əlaqələrə nisbətən daha möhkəm olur.
   
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png