Fransız alimi Gey-Lüssak qaz halında
maddələr arasında gedən kimyəvi reaksiyaları tədqiq edərkən, reaksiyaya
daxil olan və reaksiya nəticəsində əmələ gələn qaz halındakı maddələrin
həcmlərini eyni təzyiq və eyni temperaturda diqqətlə ölçmüşdür. Təcrübələr
göstərmişdir ki, 1 həcm hidrogen 1 həcm xlorla birləşəndə 2 həcm hidrogen
xlorid alınır, 2 həcm hidrogen və 1 həcm oksigen - 2 həcm su buxarı əmələ
gətirir.
Gey-Lüssak təcrübələrdən əldə etdiyi bu
məlumatı ümumiləşdirərək aşağıdakı həcmi nisbətlər qanununu irəli sürmüşdür:
dəyişməyən şəraitdə reaksiyaya daxil olan qaz halındakı maddələrin
hacmlərinin bir-birinə və əmələ gətirdikləri qaz halındakı maddələrin
həcmlərinə nisbətləri sadə tam ədədlərin nisbəti kimidir.
[Əvvəlki səhifə]