Bərk maddələrin mayelərdə həll olma prosesinin mahiyyəti hələ XIX əsrin axırında öyrənilmiş və bu sahədə iki nəzəriyyə - fiziki və kimyəvi nəzəriyyələr irəli sürülmüşdür.
    Arrenius, Vant-Hoff və Ostvald tərəfindən irəli sürülmüş fiziki nəzəriyyəyə əsasən məhlullara həll olan maddənin həlledici mühitində sadəcə olaraq xırdalanması nəticəsində əmələ gəlmiş qarışıq kimi baxılırdı. Qəbul edilirdi ki, məhlulun xassələri yalnız verilmiş müəyyən həcmdə maddə molekullarının sayından asılıdır, həm də bu şərt çox duru qeyri-elektrolit məhlulları üçün Raul və Vant-Hoff qanunlarında ödənilirdi.
    Məhlulların kimyəvi nəzəriyyəsi Mendeleyev (1887) yaradılmış və sonralar Kabulkovun, Kistyakovskinin və Kurnakovun işlərində inkişaf etdirilmişdir. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, məhlulda həll olan maddə və həlledici molekullar arasında qarşılıqlı kimyəvi təsir baş verir və bunun nəticəsində yalnız məhlulda mövcud ola bilən dəyişkən tərkibli davamsız birləşmələr əmələ gəlir. Həlledicin və həll olan maddə molekullarının belə qarşılıqlı kimyəvi təsir prosesi solvatlaşma, nəticədə əmələ gələn məhsul isə solvat adlanır. Həlledici su olduğu halda isə həmin prosesə hidratlaşma, alınan məhsula hidrat deyilir.
    Mendeleyevin bu nəzəriyyəsi məhlulların kimyəvi nəzəriyyəsi və ya hidrat nəzəriyyəsi adlanır.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png