Dönən reaksiyalarda düzünə və tərsinə gedən reaksiyaların sürətlərinin bərabərləşdiyi hal kimyəvi tarazlıq adlanır.
    Dönən reaksiyalarda kimyəvi tarazlıq ümumi şəkildə aşağıdakı kimi göstərilə bilər:
    aA + bB ↔ cC + dD
    Kütlələrin təsiri qanununu buraya tətbiq etsək, düzünə və tərsinə gedən reaksiyaların sürətləri aşağıdakı kimi göstərilə bilər:
    v1 = k1 [A]a [B]b
    v2 = k2 [C]c [D]d
    Burada k1 və k2 müvafiq reaksiyaların sürət sabitləridir.
    Tarazlıq halında v1 = v2 olduğundan,
    k1 [A]a [B]b = k2 [C]c [D]d lar. Buradan,
    [A]a [B]b / [C]c [D]d  = k1 / k2 = k olar ki, burada k, k1 və k2 sabit kəmiyyətlərini əvəz edən kimyəvi tarazlıq sabitidir.
    Kimyəvi tarazlıq sabiti reaksiyaya daxil olan maddələrin ilk qatılıqlarından asılı olmayıb, temperaturdan asılı olaraq dəyişir.
    Qatılığın, temperaturun, təzyiqin kimyəvi tarazlığın yerdəyişməsinə təsiri Le-Şatelye prinsipi ilə müəyyən olunur.
    Katalizatorlar dönən reaksiyalarda düzünə və əksinə gedən kimyəvi reaksiyaların sürətini eyni dərəcədə dəyişdirdiyindən, tarazlığın daha tez yaranmasına kömək edir, lakin tarazlıq sabitinin qiymətinə və reaksiyaya daxil olan maddələrin tarazlıq qatılıqlarına təsir etmir.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png