Molekulların fəza quruluşundan bəhs edən kimyaya stereokimya deyilir.
    Üzvi birləşmələrdə optik fəallıq onların molekulunun xassəsi olduğunu və eyni maddənin sağ və sol izomerlərinin kimyəvi quruluşca bir-birindən fərqlənmədiklərini bilirik. Sağ və sol izomerlərin polyarizasiya müstəvisini müxtəlif istiqamətlərdə fırlatması şübhəsiz ki, onların daxili quruluşlarının müxtəlif olması ilə, onların molekullarının fəza quruluşu ilə əlaqədardır.
    Bir sadə misala baxaq. Çox vaxt biz metanı aşağıdakı quruluşla ifadə edirik:
                                                 
    Bu quruluşa görə metan bir müstəvi üzərindədir, onun dörd hidrogeni karbon atomundan eyni məsafədə yerləşmişdir. Bu quruluşda metanın iki hidrogenini əvəz etsək, iki ədəd ikiəvəzli metan törəməsi formulları alacağıq:
                           
    Məlumdur ki, ikiəvəzli metan törəmələrinin izomerləri yoxdur. Buna görə də demək olar ki, metan molekulu bir müstəvi üzərində yox, fəzada müəyyən həndəsi fiqur üzərində qurulmuşdur. Fransız alimi Le-Bel və holland alimi Vant-Hoff bir-birindən xəbərsiz metanın fəzada tetraedr fiquru üzərində yerləşdirmiş, tetraedrin mərkəzində karbon və təpələrində hidrogen atomlarının yerləşdiyi fikrini irəli sürmüşlər.
    Əgər metan molekulunda karbonun dörd valenti dörd müxtəlif atom və ya qruplarla birləşmişsə, onda bir-birinin üzərində yerləşə bilməyən iki müxtəlif molekul proyeksiyası alınacaqdır. Bunlar bir-birinin aynadakı əksi olub, sağ və sol izomerləri ifadə edə biləcəkdir. Bu izomerlər fəza izomerləri və ya stereoizomerlər adlanır.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png