Analitik kimya kimyəvi analizin nəzəri əsasları və metodları haqqında elmdir. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir.
    Analitik kimyanın qarşısındaduran məsələ maddələrin və eləcə də materialların tərkibinə daxil olan komponentlərin  (atom, ion, molekul və s.) təbiətini və onların miqdarlarını müəyyən etməkdən ibarətdir. Bu mənada analitik kimya vəsfi (keyfiyyət) və miqdari analiz adlanan iki bölmədən ibarətdir.
    Maddələrin tərkibini müəyyən etmək üçün aparılan əməliyyatlar məcmusu kimyəvi analiz adlanır. Kimyəvi analiz kimyəvi texnoloji proseslərin gedişinə, xammalın, aralıq və hazır məhsulların keyfiyyətinə nəzarət edən əsas metoddur.  Kimyəvi analizdə qarşıya qoyulan maddalərin element (atom) və ya molekulyar tərkibini, onların quruluşunu, tərkiblərindəki qunksional qrupları təyin etmək kimi müxtəlif məsələlər qoyula bilər. Göstərilən məqsədlərə müvafiq olaraq həyata keçirilən analiz uyğun olaraq element, molekulyar, funksional və quruluş analizi adlanır.
    Analitik kimya, kimya elmləri içərisində çox mühüm yer tutur. Analitik kimya kimyanın əsas tədqiqat metodu olub praktiki olaraq kimyəvi tədqiqatların bütün sahələrində böyük rol oynayır. Kimyanın əsas qanunları, kimyəvi və dərman maddələrinin, yeyinti məhsullarının, müxtəlif materialların və əşyaların, filizlərin, mineralların, səma cisimlərinin tərkibi məhz analitik imyanın metodları əsasında müəyyənləşdirilmişdir. Heç bir müasir kimyəvi tədqiqatı, istər yeni maddələrin sintezini, onların tərkibinin və quruluşlarının müəyyənləşdirilməsini, reaksiyaların kinetikasının öyrənilməsini, yeni texnoloji sxemlərin işlənilməsini, istehsalın intensivləşdirilməsini, məhsulun keyfiyyətinin yüksəldilməsini analitik kimya metodlarını tətbiq etmədən təsvir etmək mümkün deyildir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png